Amerikada 10 ildir ki, komada olan 29 yaşlı qadın xəstə uşaq dünyaya gətirdikdən sonra xəstəxanın bütün kişi personalından qan DNT nümunəsi götürülüb.
Median.az "Sputnik"ə istinadən xəbər verir ki, Feniks əyalətində Hakienda tibb müəssisəsində meydana gələn təcavüz faktı ilə bağlı polis istintaqa başlayıb. İstintaq çərçivəsində müəssisədə işləyən bütün kişilərin DNT-si istənilib.
Tibb Müəssisənin internet saytında şikayətlər arasında 2013-cü ildə yazılmış bir şərh diqqəti çəkib. İşləyənlərdən birinin 4 xəstə ilə bağlı cinsi şərhləri müəyyən edildikdən sonra həmin şəxs işdən azad edilib. Həmin əməkdaşla bağlı istintaq işi davam etdirilir. Yaşanılan hadisə tibb müəssisənin təhlükəsiz olmadığı məsələsini də gündəmə gətirib. Xəstəxana isə tibbi olaraq müdafiəsiz olan xəstələrlə bağlı təhlükəsizliyi artırdığını bildirib.