Ermənistanın paytaxtı Yerevanda sabiq deputat, ehtiyatda olan general Manvel Qriqoryanın azadlığa buraxılmasına etiraz əlaməti olaraq aksiya keçirilib.
Nümayiş iştirakçıları Yerevan aeroportuna gedən yolları bağlayıblar.
Şəhər polisi etirazçılara qarşı güc tətbiq edərək, yolu açmağa çalışıb. Bu zaman polislərlə etirazçılar arasında toqquşmalar baş verib.
Xatırladaq ki, qanunsuz silah saxlamaqda və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilən Qriqoryan 2018-ci il dekabrın 21-də Yerevan məhkəməsinin qərarı ilə 25 milyon dram (486 min dollar – red.) qarşılığında azadlığa buraxılıb.