Şagirdlərin eyni qayda ilə qiymətləndirilməsi doğru deyil - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Şagirdlərin eyni qayda ilə qiymətləndirilməsi doğru deyil - AÇIQLAMA

Bütün ümumtəhsil məktəbləri, liseylərdə şagirdlərin eyni qayda ilə qiymətləndirilməsi doğru deyil.

Bunu Təhsil Nazirliyində “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın qəbulu ilə bağlı keçirilən mətbuat konfransında nazirliyinin şöbə müdiri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə belə fikir yaranıb ki, bütün məktəblərdə qiymətləndirmə eyni səviyyədə aparılmalıdır:

“Bu, düzgün yanaşma deyil. Məsələn, bir kənddə məktəbəhazırlıq qrupuna getməyən şagirdlə şəhərin mərkəzində hazırlıq qruplarında təhsil alan, evində internet varsa, ailəsi təhsilli olan, bütün imkanları olan məktəbdə oxuyan şagirdin səviyyəsi fərqli olacaq.

Eləcə də, anası ali təhsilli olanların orta nəticəsi anası ali təhsilli olmayandan daha yaxşıdır. Təbii ki, burada istisnalar da var. Məktəbəqədər hazırlığa gedən uşağın nəticəsi məktəbəqədər hazırlığa getməyən uşağın orta nəticəsindən həmişə daha yaxşı olur”.

Nazirlik rəsmisi qeyd edib ki, müxtəlif fənlər üzrə nəticələrdə fərq ola bilər:

“Təmayüllü liseylə adi məktəbdə təhsil alan şagirdlərin imtahanı fərqli olmalıdır. Summativ qiymətləndirmə ilə bağlı qaydalarda göstərilir ki, qiymətləndirmə sualları ümumi sinfin böyük əksəriyyətinin cavab verəcəyi səviyyədə olmalıdır”.

Şöbə müdiri əlavə edib ki, yeni qaydalar məktəblərdə şagird və müəllimlərə hazırkı vəziyyətdə çətinlik yaratmayacaq.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 738 04.01.19 13:56