Bənzərinə görə 17 il həbsdə yatan amerikalıya bir milyon dollar veriləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 10 qəpikdən domino oynadılar - 3 min manat cərimələndilər  |     22:26 Bu ölkə Netanyahunu həbs etməyəcək  |     22:24 Bakıda tələbə yataqxanaları: Qiymətlər neçəyədir?  |     22:13 "Roşka" ləqəbli Tiktoker saxlanılıb  |     21:48 Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU - Hadisə yerindən GÖRÜNTÜLƏR (FOTO)  |     21:43 "Şlyapa Zahid" məhkəmədə bankın xəzinədarları ilə üz-üzə gəldi  |     21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |    

Bənzərinə görə 17 il həbsdə yatan amerikalıya bir milyon dollar veriləcək

Kanzas ştatının rəhbərliyi ona çox bənzəyən başqa bir şəxsə görə 17 il həbsdə yatan keçmiş məhkuma 1,1 milyon dollar ödəməyə razılıq verib.

Median.Az
bildirir ki, bu haqda “Associated Press” məlumat verir.

Bildirilir ki, 42 yaşlı məhkum Riçard Entoni Cons və Kanzasın rəhbərliyi ilə razılıq 17 dekabrda əldə edilib. Ştat prokurorunun sözlərinə görə, R.Cons qeyri-qanuni həbs olunan şəxslərə ödəniləcək təzminat haqqında yeni qanuna əsasən təzminat alacaq ilk insandır. Hazırda daha iki oxşar iddia nəzərdən keçirilir.

Cons 1999-cu ildə oğurluq etməkdə təqsirli bilinərək həbs edilmişdi. Onun sübutlarının olmasına baxmayaraq, şahidlər onu oğruya bənzətdiklərinə görə o məhkum edilmişdi. Və yalnız 17 il sonra onun vəkilləri ona çox bənzəyən başqa bir şəxsi tapdıqdan sonra hadisə şahidləri özlərinin ilkin ifadələrində əmin olmayıblar və R.Cons azadlığa buraxılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 928 20.12.18 11:31