Gürcüstan “marixuana azadlığı”na “düzəliş edir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib  |     22:36 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib  |     22:15 Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi  |     21:56 Xeyrullah Hümbətov vəfat etdi  |     21:45 Putin: Ukraynadakı münaqişə qlobal xarakter alıb  |     21:28 Bu şəxslərin əmək haqları artırıldı  |     21:17 Mərakeşdə təlim təyyarəsi qəzaya uğrayıb, iki hərbçi həlak olub  |     21:05 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib  |     20:51 Dünyanın ən dərin quyusu Çində qazılır: Məqsəd nədir?  |     20:36 ABŞ yeni ballistik raketləri sınaqdan keçirib  |     20:29 COP28-in baş danışıqçısı: Qlobal biomüxtəlifliyin itkisi ilə birlikdə mübarizə aparılmalıdır  |     19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |    

Gürcüstan “marixuana azadlığı”na “düzəliş edir”

Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə narkotik istifadəsinin hüquqi çərçivəyə salınması üçün qanun layihəsi hazırlayıb.

Median.Az
“Novosti Qruziya” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə məlumat verib.

İyulun sonunda Gürcüstan Konstitusiya Məhkəməsi marixuananın istifadəsinə görə istənilən cəzanın ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, marixuananın yetişdirilməsi əvvəlki kimi cinayət hesab edilir.

DİN-nin hazırladığı yeni qanun layihəsi marixuananın ictimai yerlərdə, nəqliyyatda və digər yerlərdə istifadəsini qadağan edəcək.

Bundan başqa, nazirlikdə hesab edilir ki, müəllim, həkim, məmur kimi peşə sahibləri üçün marixuananın qəbulu tamamilə qadağan olunmalıdır.

Narkotik vasitənin şəxsi və ya tibbi sahədə istifadəsi üçün yetişdirilməsi məsələsinə gəlincə, baş nazir deyib ki, çətənə əkilib-becərilməsi ciddi nizama salınacaq.

Baş nazir əlavə edib ki, marixuananı 21 yaşa çatmamış insanlar arasında təbliğ edən şəxslər sərt cəzalandırılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 852 12.09.18 16:40