Azərbaycanlıları başqasının evinə qeydiyyata salanı həbs gözləyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Devid Bekhem Rusiyada öz ticarət nişanını qeydiyyatdan keçirdi  |     22:57 Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər  |     22:52 Bakıda 16 dəfə xəbərdalıq edilən taksi sürücü 17-cı dəfə saxılanıldı - Həbs olundu  |     22:45 Bu il idman yarışları və beynəlxalq turnirlər, “Zəfər yürüşü” tədbirləri təşkil ediləcək  |     22:40 İçki iyinə görə avtobusdan düşməsi tələb edildi, şüşəni sındırdı - Məhkəmə qərarı  |     22:34 Ukraynanın Kurskda yeni uğurlu hücumunun necə keçdiyi açıqlandı (VİDEO)  |     22:29 Son zamanlar Azərbaycanda yayılan xəstəliklərin adları açıqlandı  |     22:29 “turbo.az”ın sahibi "Hepsiburada"nın İdarə heyətinin sədri seçilib  |     22:25 “Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi - Yenilənib  |     22:23 Yeni "Facebook" gəlir? - 30 yaşlı sahibkar 700 min dollara yaxın investisiya topladı  |     22:16 AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzaladı  |     22:11 Bakıda plana düşən binalar 8 ildir niyə sökülmür? - VİDEO  |     22:04 Dövlətin pulsuz verdiyi dərmanlar xəstələrə paylanmır? - Video  |     21:58 Bu şirkətlərə cinayət işi açıldı  |     21:52 32 ildir dərsə qayıqla gedib-gəlir  |     21:47 Sumqayıtda avtobus sürücüsü döyüldü  |     21:39 Planetlərin ikinci “böyük paradı” olacaq  |     21:33 Şəmkirdə məktəb təmirdən sonra istifadəyə verildi  |     21:26 Bibərin faydaları nələrdir?  |     21:21 Burak Özçivit Kremldə çıxış etdi - Video  |    

Azərbaycanlıları başqasının evinə qeydiyyata salanı həbs gözləyir

Rusiyanın Tümen şəhər sakini üç otaqlı evə 61 miqrantı qeydiyyata salmağa hazırlaşıb. Yeri gəlmişkən, o, bu evdə qalma haqqından beş il əvvəl istifadə edib. Ancaq qeydiyyatdan sonra Mərkəzi Asiyadan olan şəxslər həmin mənzildə yaşamaq fikrində olmayıb.

Median.Az
xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.

İndi 39 yaşlı tümenlini üç ilədək həbs cəzası gözləyir.

Tümen rayon prokurorluğu müəyyən edib ki, 2018-ci il iyulun 5-dən 21-dək yerli sakin miqrasiya idarəsinə üçotaqlı evə 61 miqrantın gəlməsi ilə bağlı məlumat verib.

Məlumatlara görə, miqrantlar Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistandan olublar.

Faktla bağlı Tümen sakini barəsində Rusiya ərazisində qanunsuz uçota salma maddəsi ilə cinayət işi başlanılıb.

Əməli sübuta yetirilərsə, onu üç ilədək həbs cəzası və 500 min rubl (təxminən 7200 dollar – red.) məbləğində cərimə gözləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 606 10.09.18 12:42