Türkiyədən Rusiyaya ixrac edilən pomidorlarda fitosanitar normaların pozulduğu aşkarlanıb.
Bu barədə Rusiyanın Baytarlıq Nəzarəti Federal Xidmət məlumat yayıb.
Qeyd olunur ki, Rusiya tərəfindən Türkiyə pomidorlarının idxalına qoyulan qadağa aradan qaldırıldıqdan sonra 43 müəssisə tərəfindən tədarük həyata keçirilib. 11 şirkətin məhsulunda Rusiya qanunvericiliyi tələb və normalarının pozuntuları aşkar edilib.
Xatırladaq ki, mayın 1-dən etibarən Türkiyədə yetişdirilən pomidorların Rusiyaya idxalı ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Rusiya tərəfinin yeganə şərti məhsulların fitosanitar tələblərə cavab verməsi, başlıca olaraq göndərilən mallarda “pomidor güvəsinin” olmaması idi.