Yeddi yaşlı çeçenistanlı qızın qətlində 16 yaşlı Robert adlı qonşusu təqsirləndirilir.
Bu sözləri Vyana polisinin nümayəndəsi Qerhard Haymered jurnalistlərə açıqlamasında deyib.
Məlumata görə, yeddi yaşlı qızın ailəsi qatilin valideynləri ilə dostluq edib. Buna görə Xadişat yeniyetmənin dondurma yemə təklifini rədd etməyib. Yeniyetmə yeddi yaşlı qızı hamam otağında qətlə yetirib.
Şübhəli şəxs cinayəti etiraf edib.
Haymered bildirib ki, yeniyetmənin valideynləri və balaca qardaşı cinayətdə iştirak etməyib. Onlar qətl törədilən vaxt evdə olmayıb.
Valideynləri bu cinayətdən övladlarının polis tərəfindən saxlanıldığı zaman xəbər tutub.
* * * *
Ötən gecə Avstriya təhlükəsizlik orqanları çeçenistanlı qızın qətlində ittiham olan şəxsləri yaxalayıb.
Median.Az “Kavkaz.Realiya” agentliyinə istinadla xəbər verir ki, polis bölməsinə yeddi yaşlı Xadiştin qonşuları gətirilib.
Onların adları açıqlanmır.
Məlumdur ki, ailə üzvləri azərbaycanlıdır. Şübhəlilərin evində axtarışlar aparılır.
Yeddi yaşlı Xadişt mayın 11-də Avstriyanın paytaxtında yoxa çıxıb. Növbəti günün səhəri azyaşlının cəsədi zibil qutusunda aşkar edilib. O, boğazından bıçaqlanaraq öldürülüb.