Gürcüstanda mayın 1-dən bar, restoran, mehmanxana və digər bütün ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanuna düzəlişlər qüvvəyə minir.
Median.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə deputat Akaki Zoidze deyib.
"Düzəlişlər mayın birindən qüvvəyə minir. Biz cüzi narahatçılıq hesabına insanların həyat və sağlamlığını qoruyacağıq. Sabahdan ümid edirik ki, bu insanları, o cümlədən uşaqları xilas edəcəyik", - deyə Zoidze bildirib.
Qanunu pozan mülki şəxslər 40 dollar, müəssisələr 200 dollar, təkrar qanun pozuntusuna görə isə fərdi şəxslər 200 dollar, obyektlər isə 400 dollar cərimə olunacaqlar.