Rusiyanın Krasnodar vilayətində xarici miqrantlar arasında kütləvi dava qeydə alınıb. FaktXəbər-in "Rossiya 24" kanalına istinadən verdiyi məlumata görə, Tacikistan və Şimali Koreyadan olan miqrantlar əlbəyaxa davaya çıxıblar.
Tərəflər armatur parçaları, daşlar və dəyənəklərdən istifadə edərək bir-birilərinə xəsarət yetiriblər. Hadisə zamanı hər iki tərəfdən 49 nəfər polis bölməsinə aparılıb.