ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Putinlə telefon danışığında Ağ Evdə görüş təklif edib.
Median.Az xəbər verir ki, bu barədə məlumatı Rusiya dövlət başçısının köməkçisi Yuriy Uşakov verib.
“Düşünürəm ki, hər şey normal olsa, amerikalılar təkliflərindən imtina etməyəcəklər və sammitin keçirilməsinin müzakirəsi imkanı yaranacaq. Bizim prezidentlər telefonla danışanda, Tramp Ağ Evdə ikitərəfli, yüksək səviyyədə görüş keçirməyi təklif edib”, - deyə Uşakov bildirib.
Qeyd edək ki, tərəflərin telefon danışığı 20 mart tarixində olub. Putin və Tramp Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. Bundan başqa amerikalı lider Putini 18 martda keçirilən prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.