Rusiya və İngiltərə arasında başlayan və qısa müddətə böyüyən casus böhranından sonra rəsmi Moskva açıqlama verib.
Median.Az xəbər verir ki, 20-dən çox ölkənin rus diplomatları ölkədən qovmasından sonra Sergey Lavrov açıqlama verib.
Rusiyanın XİN rəhbəri bildirib ki, Skripalın zəhərlənməsinə görə başlayan böhranın haraya qədər davam edəcəyi Rusiyaya bağlı deyil.
Lavrov qeyd edib ki, hətta Soyuq Savaş illərində də bəzi qaydalar var idi. Amma İngiltərə ilə ABŞ bütün qaydaları gözardı ediblər və uşaq oyunu oynayırlar.
Qeyd edək ki, Rusiya Skripalın zəhərlənməsinə görə, bütün ittihamları rədd edir.