"Zeytun budağı" əməliyyatı zamanı 3 min 821 terrorçu məhv edilib.
Median.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP konqresində deyib. O bildirib ki, terrorçularla mübarizə davam edir:
“Bəzi qardaşlarımız şəhid oldular. Əsgərimiz terrorçuları qovmağa başlayıb və 5 terrorçunu məhv edib. Hazırda 4 nəfəri də bir mağarada sıxışdırıblar. Mağara çox dərindir və döyüş davam edir. Artıq nə edirlər etsinlər, qaçacaqlarsa, qovacağız. Qaçdısa, buraxdı yoxdur. Sonuna qədər".
Qeyd edək ki, Türkiyənin Siirt şəhərinin Eruh mahalında PKK-nın Ormanardı hərbi bazası hücumu nəticəsində 5 hərbçi şəhid olub, 7-si isə yaralanmışdı.
Ardınca ordunun qətiyyətli əməliyyatı nəticəsində 5 terrorçu zərərsizləşdirilmişdi.