Suriyanın Şərqi Quta bölgəsindəki bütün şəhər və yaşayış məntəqələri terrorçulardan təmizlənib.
Median.Az xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri məlumat yayıb.
“Dost və müttəfiq qüvvələrlə əməkdaşlıq nəticəsində silahlı qüvvələrimiz qarşıdurmalardan sonra Şərqi Qutadakı bütün şəhər və yaşayış məntəqələrini nəzarət altına alıb”, - SQQ-dan məlumat verilib.
Qeyd edək ki, Suriyanın paytaxtından şərqdə yerləşən Şərqi Quta uzun müddətdir terrorçuların nəzarəti altında idi.