Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud 10-15 ildən sonra İranla mümkün müharibədən danışıb.
Median.Az xəbər verir ki, "Wall Street Journal" nəşrinə müsahibə verən şahzadə regionda hərbi qarşıdurmadan yayınmaq üçün dünya ictimaiyyətini rəsmi Tehrana qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.
"Biz nə olursa-olsun, hərbi münaqişədən qaçmalıyıq. Əgər buna nail olmasaq, 10-15 ildən sonra İranla müharibə başlayacaq", - şahzadə belə deyib.