BMT Baş katibi Antonio Quterreş "Casus böhranı" ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Median.Az xəbər verir ki, Quterreş, casus böhranı ilə əlaqədar Rusiyanın 60 ABŞ diplomatını ərazisindən çıxarması qərarı ilə daha da gərginləşən iki ölkə münasibətləri haqqında danışıb.
"Həddindən artıq narahatam. Soyuq müharibə dövrünə bənzər bir vəziyyətə doğru gedirik”, - deyə Antonio Quterreş vurğulayıb.
Baş katib Soyuq Müharibə dövründə iki supergücün mübarizəsinə şahid olunduğunu, indi isə 1-dən çox müstəqil aktyor olduğuna diqqəti çəkib.