ABŞ-da səhvən 31 il həbsə məhkum olunmuş kişi bir milyon məbləğində təzminat alıb.
Median.Az Lenta.ru-ya istinadla xəbər verir ki, Lourensa Makkini 2009-cu ildə azadlığa buraxılıb. O, zorlanma və oğurluqda günahlandırılaraq səhvən həbs olunmuşdu.
“Mənim 20, 30, hətta 40 yaşımı hökumət aldı. Həyatımı qurmaq üçün şansım qalmayıb”, - Makkini şikayət edib.
O, 2017-ci ildə təzminat almaq imkanı əldə edir.
Şikayətlərin Araşdırılması üzrə Komissiya səhvən həbs olunmağa görə təzminatın məbləğini bir milyon dollar dəyərində qiymətləndirib.