Şri-Lankada buddistlər müsəlmanların yaşayış məntəqələrinə soxulublar.
"Report" xəbər verir ki, bu barədə "AP" məlumat yayıb.
Məlumata görə, buddistlər komendant saatının, fövqəladə vəziyətin olmasına, təhlükəsizlik qüvvələri sayının intensiv şəkildə artmasına baxmayaraq müsəlmanların mağazalarını və restoranlarını dağıdıblar. Bununla yanaşı, onlar müsəlmanların evlərini da yandırıblar.
Kütlə kiçik Pallekele şəhərində komendant saatına məhəl qoymayaraq 4 evi yandırıb.
Kandi şəhərinin çoxlu sayda sakini də həmçinin bu həftənin əvvəlində hücuma məruz qalıb. Polis və əsgərlər istisna olmaqla şəhərin küçələri boş qalıb.