Azərbaycanlı Rusiya vətəndaşlığı üçün 71 yaşlı qadınla evləndi » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:58 Azərbaycan XİN Hindistana başsağlığı verdi  |     15:47 Tanınmış aparıcı valideynlərdən şikayətləndi  |     14:40 FHN çimərliklərdə monitorinqlər keçirib  |     14:32 Azərbaycan yay turizminə hazırdırmı?- ARAŞDIRMA  |     14:25 Azərbaycanda şəhərsalma və tikinti prosedurları sadələşdirilir  |     14:21 Azərbaycanda 5 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb  |     14:16 Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub  |     14:10 Hindistanda 250 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb  |     14:01 Ötən gün bank kartlarından 6 mindən çox pul vəsaiti oğurlanıb  |     13:56 Bu ilin 5 ayında 21 mindən çox şəxsə pensiya təyin olunub  |     13:50 Vyanada Azərbaycan-Avstriya iqtisadi komissiyasının 11-ci iclası keçirilib  |     13:43 Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb  |     13:38 Goranboyda kişi zəhərlənərək ölüb  |     13:30 “Solar Orbiter” zondu ilk dəfə Günəşin cənub qütbünün təsvirini əldə edib  |     13:24 Türkiyədə 39 nəfər qidadan zəhərlənib  |     13:16 "Arsenal"ın baş məşqçisi Rodriqonu istəyir  |     12:56 Xırdalanda fərdi yaşayış evi yanır - VİDEO  |     12:48 Deputat: Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur  |     12:28 Sabah 37 dərəcə isti olacaq  |     12:28 Bu şəxslərə şad xəbər – Dövlət yeni ev tikəcək!  |    

Azərbaycanlı Rusiya vətəndaşlığı üçün 71 yaşlı qadınla evləndi

Rusiya prokurorluğu 50 yaşlı Azərbaycan vətəndaşı ilə 71 yaşlı Çerepovts sakini arasında saxta nikah faktını aşkarlayıb.

Bu barədə oxu.az Rusiya mətbuatına istinadən xəbər verir.

Azərbaycanlı vətəndaşlıq almaq üçün sənədlərini müvafiq dövlət orqanına təqdim etdikdən sonra yoxlama aparılıb.

Məlum olub ki, kişi qadınla iş yerində, kolxoz bazarında tanış olub. Onlar 2009-cu ildə Çerepovsk VVAQ idarəsində nikaha daxil olub.

“Qanuna görə, xarici vətəndaş Rusiya vətəndaşı ilə ailə quran zaman ona kvota nəzərə alınmadan Rusiyada müvəqqəti yaşamaq icazəsi verilir. Sonra o, Rusiya vətəndaşlığı almağı planlaşdırıb və buna nail olub.

Yoxlama zamanı məlum olub ki, Azərbaycan vətəndaşı qadına saxta nikah qurmağı təklif edib, bunun müqabilində isə “həyat yoldaşını” maddi cəhətdən təmin etməyi öhdəsinə götürüb. O, bu vədini yerinə yetirib. Məlum olub ki, cütlük heç vaxt eyni ünvanda yaşamayıb, birgə təsərrüfatla məşğul olmayıb və nikahdan övladları yoxdur.

Nikah ailə qurmaq məqsədilə bağlanmayıb. Ona görə də Ailə Məcəlləsinə əsasən etibarsız hesab olunur”, – deyə prokuror köməkçisi Anton Upadışev bildirib.

Məhkəmə azərbaycanlı ilə Çerepovts şəhər sakini arasında bağlanmış nikahı etibarsızlaşdırıb.

Hazırda kişinin Rusiyadan deportasiya olunacağı gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 049 15.02.18 12:11