Suriyanın yeni hakimiyyətindən qərar: Bütün qruplaşmalar buraxılacaq, məcburi çağırış ləğv ediləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |    

Suriyanın yeni hakimiyyətindən qərar: Bütün qruplaşmalar buraxılacaq, məcburi çağırış ləğv ediləcək

Suriyanın yeni hakimiyyəti orduya məcburi çağırışı ləğv etmək niyyətindədir.

Median.Az
-ın "Al-Hadath" nəşrinə istinadən xəbərinə görə, bu barədə hakimiyyətə gələn "Həyat Təhrir əş-Şam" qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani (əsl adı Əhməd əş-Şaraa) bildirib.

Onun sözlərinə görə, bundan sonra ölkədə məcburi hərbi xidmət olmayacaq. Əl-Culani qeyd edib ki, ölkədəki bütün qruplaşmalar buraxılacaq, silahlar isə ancaq Suriya dövlətinin əlində qalacaq.

Bundan əlavə, qrup rəhbəri deyib ki, ölkənin yeni hakimiyyət orqanları Suriyada maaşların 400% artırılması imkanlarını araşdırırlar.

Xatırladaq ki, 2005-ci ildə respublikada hərbi xidmət müddəti 2.5 ildən iki ilə, 2011-ci ildə isə bir il yarıma endirilib. Ölkədə vətəndaş müharibəsinin başlanmasından sonra Suriya hökuməti çağırışçıların orduda məcburi hərbi xidmət üçün saxlanılması sistemini tətbiq edib.

Qeyd edək ki, noyabrın sonunda silahlı müxalifət qruplaşmaları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də onlar Hələb, Həma, Dəraa və Homs bölgələrini ələ keçiriblər.

Dekabrın 8-də hökumət əleyhinə qüvvələr Dəməşqə daxil olaraq prezident Bəşər Əsədin devrildiyini elan ediblər. Əsəd istefa verib və ailə üzvləri ilə birlikdə Rusiyadan sığınacaq alaraq ölkəni tərk edib. Müvəqqəti hökumətin başına Məhəmməd əl-Bəşir keçib və o, 2025-ci il martın 1-dək baş nazir vəzifəsini icra edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            306 16.12.24 11:55