“Manqo”nun qurucusu İspaniyada dərədən yıxılaraq ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |    

“Manqo”nun qurucusu İspaniyada dərədən yıxılaraq ölüb

İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu və İspaniyanın ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.

Apa xəbər verir ki, bu barədə “El PaÍs” qəzeti məlumat yayıb.

Məlumata görə 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.

“La Vanguardia” qəzetinin məlumatına görə Andik ailə üzvləri ilə birgə ekskursiyada olub və o 150 metr hündürlükdən yıxılıb. Şirkət mətbuata açıqlamasında ölümü təsdiqləyib.

Qeyd edək ki, “Mango” mağazalar şəbəkəsi 1984-cü ildə Kataloniya Muxtar Bölgəsində türk əsilli iş adamı İsak Andik tərəfindən qurulub.

Forbes jurnalına görə o, İspaniyanın beşinci ən zəngin adamı idi. "Mango"nun dünyada təxminən 2,7 min satış nöqtəsi var. Şirkət 2023-cü maliyyə ilini 3,1 milyard avronu keçən rekord satışla bağlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 14.12.24 22:52