Makron Ukraynada 40 min hərbçidən ibarət sülhməramlı missiyanın yerləşdirilməsini təklif edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:44 Azərbaycanda professor vəfat etdi  |     17:32 Rusiyada dələduzluqda ittiham olunan azərbaycanlı vəkilin həbs müddəti uzadıldı  |     17:19 Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb  |     17:12 Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ  |     16:58 Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi  |     16:52 Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)  |     16:46 Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb  |     16:45 Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi  |     16:26 Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib  |     16:19 Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi  |     16:07 Özünü "polkovnik" kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi  |     14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |    

Makron Ukraynada 40 min hərbçidən ibarət sülhməramlı missiyanın yerləşdirilməsini təklif edir

Fransa Prezidenti Emmanuel Makron atəşkəs zamanı Ukraynada 40 minə yaxın hərbçinin yerləşdirilməsini planlaşdırır.

Bu barədə “Rzeczpospolita” nəşri missiyanın göndərilməsi layihəsi üzərində işləyən Fransa Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Eli Tenenbaumа istinadən yazır.

Məqalədə qeyd olunur ki, Fransa Ukraynaya sülhməramlı missiya göndərməyi təklif edir. Bu missiya Rusiya tərəfinin gələcəkdə mümkün atəşkəsi və müəyyən edilmiş demarkasiya xəttini pozmayacağına zəmanət verəcək. Makron bu planı Varşavaya səfəri zamanı müzakirə edəcək.

"Sülhməramlı missiya beş briqadadan - təxminən 40 min əsgərdən ibarət ola bilər. Onlardan birinə Polşa komandanlıq edə bilər", - ekspert bildirib.

Dekabrda Avropa İttifaqı diplomatiyasının yeni rəhbəri Kaya Kallas mümkün atəşkəs zamanı Avropa ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            276 11.12.24 19:40