Cənubi Koreyada Milli Polis Agentliyinin baş komissarı həbs edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:44 Azərbaycanda professor vəfat etdi  |     17:32 Rusiyada dələduzluqda ittiham olunan azərbaycanlı vəkilin həbs müddəti uzadıldı  |     17:19 Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb  |     17:12 Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ  |     16:58 Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi  |     16:52 Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)  |     16:46 Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb  |     16:45 Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi  |     16:26 Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib  |     16:19 Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi  |     16:07 Özünü "polkovnik" kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi  |     14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |    

Cənubi Koreyada Milli Polis Agentliyinin baş komissarı həbs edilib

Koreya Respublikasının Polisi Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs edib.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” 3-4 dekabr hərbi vəziyyət hadisələrinin araşdırılması üçün yaradılmış xüsusi qrupa istinadən məlumat yayıb.

Həbs yerli vaxtla səhər tezdən ordersiz həyata keçirilib. Polis rəisləri konstitusiya quruluşunu devirmək məqsədilə qiyamda şübhəli bilinir. Hüquq-mühafizə orqanları hesab edir ki, Ço Cji Ho və Kim Bon Sik deputatların hərbi vəziyyətin ləğvi üçün səs verməsinə mane olmaq məqsədilə Milli Assambleyasını mühasirəyə almaq göstərişi veriblər. Konstitusiyaya əsasən, prezident hərbi vəziyyət elan etmək, parlament isə səs çoxluğu ilə onu ləğv etmək hüququna malikdir.

Baş komissar həmçinin polis əməkdaşlarını seçki komissiyasının binasına göndərməkdə şübhəli bilinir. Bundan əvvəl Ço Cji Ho və Kim Bon Sikə, eləcə də prezident Yun Sok Yola ölkədən çıxış qadağan edilib. Dövlət başçısı, keçmiş müdafiə naziri Kim Yon Hyon da qiyamda şübhəli bilinir.

Dekabrın 3-də axşam Yun Sok Yol “Şimali Koreya tərəfdarı ünsürlərlə” mübarizə və parlament müxalifətinin hərəkətləri səbəbindən icra hakimiyyətinin iflici məqsədilə hərbi vəziyyət elan edib ki, bu da təxminən altı saatdan sonra ləğv edilib. Müxalifət dekabrın 4-də parlamentdə impiçment prosedurunu başladıb və hesab edir ki, hərbi vəziyyət üçün əsas olmadığından prezident konstitusiyanı pozub. Dekabrın 7-də Koreya Respublikası parlamentində prezidentin impiçmenti ilə bağlı səsvermə keçirilib, hakim partiyanın səsverməni boykot etməsi səbəbindən impiçment baş tutmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            270 11.12.24 19:11