Suriyanın yeni hökumətinin "yol xəritəsi" açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |    

Suriyanın yeni hökumətinin "yol xəritəsi" açıqlandı

Suriyanın yeni administrasiyası keçid prosesindən sonra əhalinin siyahıyaalınmasını, yeni konstitusiyanın təsdiqlənməsini və azad seçkilərin keçirilməsini nəzərdə tutan "yol xəritəsi"ni elan edəcək.

Bu barədə Türkiyənin "Hürriyet" qəzeti öz mənbələrinə istinadən yazıb.

"İndi yeni Suriyanın qurulmasının növbəsi gəlib. Müvəqqəti idarəetmənin qurulmasından sonra "yol xəritəsi" açıqlanacaq. Yeni konstitusiyanın hazırlanması prosesi, əhali siyahıyaalınması və azad seçkilərin keçirilməsi kimi mərhələlərə keçiləcək", - deyə nəşr yazıb.

Xatırladaq ki, dekabrın 8-i səhər Suriyanın silahlı müxalif qruplaşmaları Dəməşqi nəzarətə götürüblər. Bundan sonra Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bəyan edib. Bir müddət sonra Bəşər Əsəd münaqişənin bir sıra iştirakçıları ilə danışıqlardan sonra Suriya prezidenti vəzifəsindən getmək qərarına gəlib və ölkəni tərk edib. Onun Rusiyada olduğu bildirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            405 10.12.24 13:40