Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı ARTDI (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:05 Goranboyda 60 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     22:46 Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib  |     22:27 Azərbaycan hökumətindəki mənbə: Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub  |     22:25 Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub  |     22:12 Dövlət Komitəsi kremasiya mərkəzlərinin yaradılması ilə bağlı məsələyə AYDINLIQ GƏTİRDİ  |     21:49 Rusiya vətəndaşının 780 min manatını mənimsəyənə hökm oxundu  |     21:32 Kürdəmirdə 26 yaşlı oğlan atasının iş yerində ÖLDÜ  |     21:15 Rusiya Xarkova raket zərbələri endirib, ölən və yaralananlar var  |     20:59 Azərbaycanın “Avroviziya 2025” təmsilçisi açıqlandı  |     20:46 Aİ-nin Azərbaycana qarşı "Binokl diplomatiyası" davam edir - VİDEO  |     20:25 Qızılağacda qanunsuz ov edən şəxs saxlanıldı  |     20:15 Ərdoğan Suriya prezidenti ilə görüşüb  |     20:12 Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələri dərc etdi  |     19:40 Konqoda meymunçiçəyinə yoluxmuş 100-dən çox xəstə müalicə mərkəzlərindən qaçıb  |     19:27 Bulvarda azyaşlını skuterlə vurdu, məhkəmə cəzalandırdı  |     19:23 "Bakı Gəmiqayırma Zavodu" cərimə olunur  |     19:08 İsveçdə məktəbdə atışma olub, beş nəfər yaralanıb  |     19:01 Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür  |     18:54 Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub  |     18:49 Gürcüstanda dəm qazından iki nəfər ölüb, dörd nəfər xəsarət alıb  |    

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı ARTDI (YENİLƏNİB)

Türkiyənin Isparta bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.

Median.Az
-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, qəza nəticəsində xəsarət alan şəxslərdən biri xəstəxanada həyatını itirib və ölənlərin sayı 6 nəfərə çatıb.

"İspartada baş verən helikopter qəzasında ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən personalımızın həyatını xilas etmək mümkün olmayıb və şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrimizə başsağlığı veririk", - deyə nazirliyin açıqlamasında bildirilib.

* * * * *

Türkiyənin Isparta bölgəsində hərbi helikopter qəzaya uğrayıb.

Median.Az
-ın "Haber Global"a istinadən xəbərinə görə, hadisə ilə bağlı Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Məlumata görə, Ordu Aviasiya Məktəbinə məxsus hərbi helikopter Keçiborlu rayon mərkəzində yanacaqdoldurma məntəqəsinin yanına düşüb.

Nazirliyin açıqlamasına görə, hadisə nəticəsində 5 əsgər şəhid olub.

"Ispartada təlim uçuşu həyata keçirən "UH-1" tipli helikopterlərimizdən biri qəzaya uğrayıb və 5 personalımız şəhid olub, biri isə ağır yaralanıb. Yaralı personalımız dərhal xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türkiyə Silahlı Qüvvələrimizə başsağlığı verir, yaralanan personalımıza da tezliklə şəfa diləyirik", - deyə açıqlamada bildirilib.

Isparta valisi Abdullah Erinin məlumatına görə, təlim uçuşu zamanı qəzaya uğrayan helikopterdə ölənlərdən biri aviasiya məktəbinin komandiri - general-mayor İsa Baydilli olub.

"Ordu Aviasiya Məktəbimizin komandiri paşamız da şəhid oldu", - deyə o bildirib.

Isparta valisi Abdullah Erin isə açıqlamasında iddia edib ki, hadisəyə səbəb iki helikopterin toqquşması olub:

"Keçiborluda Ordu Aviasiya Məktəbi var və orada müntəzəm olaraq təlim uçuşları həyata keçirilir. Təlim uçuşu zamanı iki helikopterlərin toqquşması nəticəsində biri qəzaya uğrayıb və düşüb".

* * * * *

Türkiyənin Isparta bölgəsində hərbi helikopter qəzaya uğrayıb.


Bu barədə Median.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Ordu Aviasiya Məktəbinə məxsus hərbi helikopter Keçiborlu rayon mərkəzində yanacaqdoldurma məntəqəsinin yanına düşüb.

Isparta valisi Abdullah Erinin sözlərinə görə, hadisə nəticəsində dörd əsgər şəhid olub, bir personalın isə axtarışlarına başlanılıb.

Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.

Isparta bələdiyyə sədri Şükrü Başdeğirmen məlumatı təsdiqləyib.
(oxu.az)
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            351 09.12.24 14:30