Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:26 Azərbaycanda deputatın xəsarət aldığı hadisə ilə bağlı cinayət işi açıldı | 12:22 Bakıda 17 yaşlı oğlan bıçaqlandı | 12:15 Naxçıvanda idarəetmə dəyişir: İki ayda 180-dən çox qərar ləğv olunub | 12:14 Aldığı telefonun kreditini ödəyə bilmədi, arvadını döydü | 12:12 Şəmkirdə qadın və kişi meyitləri tapıldı - Hadisənin təfərrüatı (Yenilənib) | 11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı | 11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı | 11:54 Sumqayıtda bədbəxt hadisə: Ölən var | 11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı | 22:58 2027-ci ildə bu 5 bürcün həyatı dəyişəcək: Sevgi, böyük fürsətlər və... | 22:50 Bu şəxslərin kredit borcu silinir | 22:45 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 22:42 Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı |
Mojo.az Avto
Mojo.az Avto

Alimlərdən xəbərdarlıq: "Yerdən kənar keçməli olan plazma buludu şənbə günü planetimizi vuracaq"

25.10.2024 14:16 2 601
Alimlərdən xəbərdarlıq:
"Dünən Günəşdə "X3.3" səviyyəli güclü partlayış baş verib, bundan sonra onun şərq kənarında böyük plazma atılıb. Proqnozlara görə, Günəş maddəsi kənara getməli və müvafiq olaraq planetimizə təsir etməməli idi. Bununla belə, sonradan məlum olub ki, kənardan keçməli olan plazma buludu planetə toxuna bilər".

Median.Az
-ın aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyası (RFEA) Kosmik Tədqiqatlar İnstitutundan və RFEA Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından xəbərdarlıq edilib.

Bildirilib ki, partlayışın mənbəyi oktyabrın 3-də cari 11 illik günəş aktivliyi dövründə ən güclü partlayışı (X9.0 sinif partlayış) yaradan eyni günəş ləkələri qrupu olub.

"Kosmik koronoqraflardan alınan məlumatlara görə, bu partlayışdan sonra baş verən kütlə atılmasının Yerə doğru istiqamətlənmiş komponentləri var", - deyə laboratoriyadan qeyd edilib.

Alimlər plazma buludunun Yerə kənardan belə toxunuşunu maqnit fırtınalarının proqnozu baxımından son dərəcə xoşagəlməz adlandırıblar.

"Bu partlayışdan geomaqnit həyəcanlanmalarının maksimal riskləri şənbə günü günortaya gözlənilir", - deyə məlumatda əlavə edilib.

Bundan əlavə, Günəşin şərq kənarında daha bir böyük plazma atılması inkişaf edir. Alimlər onun da bir hissəsinin Yerə gələcəyinə dair əlamətlər görürlər.

Ümumiyyətlə, elm adamlarının sözlərinə görə, növbəti iki həftə ərzində yeni güclü partlayışlar və bunun nəticəsində yaranacaq geomaqnit fırtınaları gözlənilir.

"Bu, rabitə və naviqasiyada nasazlıqlara səbəb ola bilər, həmçinin orta və cənub enliklərdə yaşayan sakinlərə parlaq şimal parıltısını müşahidə etmək imkanı verə bilər", - deyə alimlər xəbərdarlıq ediblər.

Son xəbərlər