Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Şeyxin Ramiz Mehdiyevlə münasibətləri necə olub? - Qardaşından CAVAB (FOTO)

04.12.2025 13:03 498
Şeyxin Ramiz Mehdiyevlə münasibətləri necə olub? - Qardaşından CAVAB (FOTO)
Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ətrafında gedən proseslər son aylarda daha da kəskinləşib. Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə böyük təsir imkanlarına sahib olan Mehdiyev və ona yaxın olduğu iddia edilən bir sıra şəxslərin dövlətə xəyanətdə ittiham olunması ictimai müzakirələri genişləndirib.

İttihamların dairəsi deputatlardan tutmuş, 20 ildən artıqdır siyasi və ictimai həyatda aktiv olan fiqurlara qədər uzandığı üçün mövzu cəmiyyətin diqqətini daha da cəlb edir.

Bu kontekstdə ölkənin dini lideri, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin Ramiz Mehdiyevlə münasibətlərinin necə olub-olmaması da sual doğuran məqamlardandır.

Median.Az xəbər verir ki, Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə Modern.az-a açıqlamasında bu məsələyə də aydınlıq gətirib.

Cavanşir Paşazadə bildirib ki, onun Ramiz Mehdiyevlə əlaqəsi heç bir halda olmayıb.

"Heç vaxt görüşməmişik də. Allahşükür Paşazadə isə şeyxülislam olub. Hər ikisi müəyyən vəzifələr yerinə yetiriblər. Ola bilsin ki, münasibətləri olub. Amma bu münasibətlər dövlətlə bağlı məsələlərin müzakirəsi kontekstində ola bilər. Başqa mövzu ola bilməz", - deyə şeyxin qardaşı vurğulayıb.
скачать dle 11.3
Mojo.az Banner