Türkiyə hakimiyyəti terror təhlükəsi ilə əlaqədar ölkənin hava limanlarında təhlükəsizlik səviyyəsini artırıb.
Bu barədə İHA agentliyi xəbər verir.
Tədbirlər çərşənbə günü Ankarada baş vermiş terror aktı ilə əlaqədar görülüb. Təhlükə səviyyəsi sonuncudan əvvəlki "narıncı" səviyyəyə qaldırılıb. Hava limanlarına giriş və çıxışlarda avtomobillərin və sərnişinlərin baqajlarının əlavə yoxlanışları həyata keçirilir. Hava limanlarının mühafizəsi gücləndirilib.
Xüsusilə, İstanbulun Sabiha Gökçen hava limanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar sərnişinlərdən uçuşdan üç saat əvvəl hava limanına gəlmələrini xahiş edir.