XƏBƏRDARLIQ! Elektrik və internet kəsilə bilər - 11 illik... » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:33 Gələn il bu pensiya 400 manatdan çox olacaq  |     15:22 Bakıda tikintidə FACİƏ: 69 yaşlı usta yıxılıb öldü  |     15:11 Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - Hamının gözlədiyi cavab (VİDEO)  |     15:04 Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq  |     14:36 Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik  |     14:26 Zaxarova: "Moskva COP29-un Bakıda mükəmməl təşkilini yüksək qiymətləndirir"  |     14:13 Sahil Babayev: Əlilliyin təyin olunması ilə bağlı problemi olanlar bizə müraciət etsinlər  |     13:56 Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır?  |     13:47 AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi  |     13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |    

XƏBƏRDARLIQ! Elektrik və internet kəsilə bilər - 11 illik...

Günəşdə aktivlik maksimum səviyyəyə çatıb.

Median.Az yenisabah.az-a istinadən xəbər verir ki, NASA bu barədə xəbərdarlıq edib.

Məlumata görə, bu dövrdə Günəş 11 illik dövrünün zirvəsinə çatacaq və günəş ləkələri, günəş alovları və tac kütləsinin atılması kimi qeyri-adi hadisələrlə özünü göstərəcək. Günəş qarşıdakı aylarda intensiv şəkildə aktivləşəcək. Lakin bu hərəkətliliyin nə vaxt sona çatacağı, yəni maqnit qütblərinin nə vaxt yer dəyişəcəyi və dövrün stasionar dövrünün nə vaxt başlayacağı hələlik bəlli deyil. NASA-nın verdiyi açıqlamaya görə, Günəş hər 11 ildən bir müəyyən dövrələrdən keçir və bu dövrlərdə müxtəlif dəyişikliklər baş verir. vakansiyalar
Alimlər Günəşin daxilində gedən prosesləri tam başa düşə bilmirlər. Günəşin dövrünü dəqiq proqnozlaşdırmaq çətindir, çünki hər bir dövr müxtəlif uzunluqda və intensivlikdə ola bilər. Günəş dövrünün ən mühüm göstəricilərindən biri Günəşin səthindəki günəş ləkələridir. Bu ləkələr maqnit sahələrinin cəmləşdiyi, isti plazmanın axınına mane olan, bu sahələrin ətrafdan daha soyuq və qaranlıq görünməsinə səbəb olan ərazilərdir.

Günəş alovları radio siqnallarında fasilələrə səbəb ola, tac kütlələrinin atılması isə Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə ola bilər. Eyni zamanda, geomaqnit fırtınaları yarada bilər. Bu fırtınalar elektrik şəbəkələrinə, peyk əməliyyatlarına və rabitə sistemlərinə zərər verir. Lakin bu hadisələr həm də füsunkar qütb işıqlarının yaranmasına səbəb olur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            135 18.10.24 20:16