Hindistanda qəribə hadisə: 27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:16 Dəm qazından zəhərlənən ana və qızı şəhidin ailə üzvləridir  |     22:06 Boksçumuz dünya birinciliyində gümüş medal qazanıb  |     21:34 ADY-nin adından dələduzluq cəhdi - Vətəndaşlara XƏBƏRDARLIQ  |     21:12 Əcnəbilər bu ilin ilk 9 ayında Azərbaycanda 2 milyard pul xərcləyib  |     20:47 Metroda yaradılan tibb məntəqələri COP29-dan sonra da fəaliyyətini davam etdirəcək?  |     20:35 Bakıda bina sökülür, sakinlərə kompensasiya veriləcək  |     20:10 Ukrayna PUA vurmaq üçün raketlər istehsal edəcək  |     20:03 Bakıda çoxmərtəbəli binada yanğın olub  |     19:59 “AzInTelecom”: SİMA-dan piyadaları cərimələmək üçün istifadə edilmir  |     19:49 Gürcüstanlı deputat: COP29-un Azərbaycanda keçirilməsi Cənubi Qafqaz üçün mühüm hadisədir  |     19:41 “Atəşgah məbədi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb  |     19:35 WP: İran yaxın günlərdə İsraili vura bilər  |     19:28 “Apple” “iPhone” mobil telefonlarına birbaşa qoşulmaq üçün “Globalstar”a 1,5 milyard dollar sərmayə qoyacaq  |     19:20 Dünyanın ən böyük timsahı ölüb  |     19:14 "Formula 1"in məşhur pilotu cərimələnib  |     19:07 Gəncə sakini bıçaqlanaraq öldürülüb  |     18:59 Sabah bəzi ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir  |     18:50 Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib  |     18:44 Azərbaycan manatının dövretmə sürəti sentyabrda artıb  |     18:35 Rusiyada təcili tibbi yardımda həkim çatışmazlığı səbəbindən tələbələrin işləməsinə müddətsiz icazə verilib  |    

Hindistanda qəribə hadisə: 27 il əvvəl qız qaçırdığına görə həbs edildi - Hazırda 4 övladı var

Hindistan polisi məhkəmənin 27 il əvvəl irəli sürdüyü qızqaçırma ittihamı ilə 48 yaşlı kişini həbs edib.

Bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Qucarat ştatının kəndlərindən birinin sakininin həbsinə dair order təxminən 30 il əvvəl qaçırılan qızın qohumlarının tələbi ilə verilib, lakin məlum olub ki, bütün bu illər ərzində yerli polis məmurlarının ağır iş yükü səbəbi ilə həbs icra edilməyib. Təqsirləndirilən şəxs onun barəsində həbs qərarının verilməsindən xəbərsiz olub. Xoşbəxt evlilik illəri ərzində onun ailəsində valideynlərinin nikahları haqqında heç nə bilməyən dörd qız övladı dünyaya gəlib.

Həbs edildikdən iki gün sonra həmin şəxs məhkəmə qarşısına çıxıb. Onu bu əməlinə görə bir neçə il həbs cəzası gözləyirdi və məhkəmə qaçırılan qızı valideynlərinə təhvil verməli idi. Bununla belə, hakimlər ittiham üzrə məhdudiyyət müddəti başa çatdığı üçün kişini cinayət məsuliyyətindən azad edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            183 12.10.24 13:47