İsrail Müdafiə Qüvvələri (IDF) Livanın "Hizbullah" hərəkatının elit "Radvan" bölməsinin raket qüvvələrinin komandiri Erib Əş-Şadjın öldürüldüyünü açıqlayıb.
Müvafiq məzmunlu mətn İsrail qoşunlarının mətbuat xidmətinin "Telegram" kanalında yer alıb.
Bəyanatda bildirilib ki, Livanda "Hizbullah" üzvü Livan ərazisində hücuma məruz qalıb.
"İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Meys Əl-Cəbəl bölgəsində "Radvan" raket bölməsinin komandiri Erib Əş-Şadjı məhv ediblər", - deyə İsrail ordusunun nümayəndələri məlumat veriblər.
IDF-nin məlumatına görə, məhv edilən komandir Ramot-Naftali yaşayış məntəqəsinə çoxsaylı raket hücumuna cavabdeh olub. Məntəqə İsrailin şimalında yerləşir.
Həmçinin mətbuat xidmətindən qeyd edilib ki, İsrail əsgərləri Livan hərəkatının silah anbarlarına və buraxılış qurğularına zərbələr endirib. Bundan əlavə, "Hizbullah"ın ölkənin cənubundakı müşahidə məntəqələri də hücuma məruz qalıb.
Məlumatdan bu qənaətə gəlmək olur ki, daha bir hava zərbəsi hərəkat üzvlərinin olduğu binaya endirilib. Mərmi binaya dəydikdən sonra burada partlayışlar baş verib.
Bunun fonunda IDF binalarda çox sayda silah və sursatın olduğu qənaətinə gəlib.