İsrailin Dəməşqin (Suriya) Ələmzeh bölgəsinə aviahücumu nəticəsində İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabiti öldürülüb.
Bu barədə "Al-Arabiya" xəbər kanalı İsrail mediasına istinadən məlumat yayıb.
Qeyd edək ki, İsrail döyüş təyyarələrinin Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yaxınlığındakı iqamətgaha zərbə endirməsi nəticəsində ən azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.