Yer kürəsində güclü maqnit qasırğası başladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:08 Azərbaycan Ordusunun əsgəri intihar etdi  |     20:28 Sabah Bakının 3 rayonunda qaz olmayacaq  |     20:10 KİV: Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq  |     19:58 Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edilib  |     19:48 Rusiya ordusu Ukraynanın Donetsk vilayətində daha iki yaşayış məntəqəsini ələ keçirib  |     19:37 Səudiyyə Ərəbistanı klubu Neymarla vidalaşa bilər  |     19:05 Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib  |     18:53 Rusiya Avropaya qazın nəqlini davam etdirməyə hazırdır  |     18:33 Norveç klubunun baş məşqçisi: "Qarabağ"la oyun asan olmayacaq"  |     18:22 Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi  |     18:06 Polkovnik-leytenant 700 minlik əmlakını satıb ziyanı ödədi - Məhkəmə  |     17:21 Azərbaycanda jurnalist vəfat etdi  |     17:11 “Naftalan” Kurortu haqqında Əsasnamə” təsdiq edilib  |     16:46 Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək  |     16:35 Bakıda bahalı avtomobillər yanaraq kül oldu - FOTO  |     16:31 COP29 iştirakçıları üçün taksi xidməti ilə bağlı YENİLİK  |     16:29 Daha 120 sahibkara maliyyə sanksiyası tətbiq edildi - SƏBƏB  |     16:24 Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi  |     16:03 Bayram günlərində metro necə işləyəcək?  |     15:24 Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olacaq  |    

Yer kürəsində güclü maqnit qasırğası başladı

Yer kürəsində, proqnozların əksinə olaraq, güclü maqnit qasırğası başlayıb.

Bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün "Telegram" kanalında məlumat verib.

"Çərşənbə axşamı (8 oktyabr) səhər erkən saatlarda, Moskva vaxtı ilə 5:42-dən sonra geomaqnit sahəsində dalğalanmalar G3 sinifli güclü maqnit qasırğası səviyyəsinə çatıb. Və bu, yenə də proqnozların əksinə olaraq baş verdi", - deyə mütəxəssis yazıb.

Leus qeyd edib ki, maqnit qasırğası hələ ötən gün günortadan sonra başlayıb. O zaman qasırğa G2 sinfinə çatıb.

"Sinoptiklərin proqnozlarına görə, oktyabrın 8-də səhər saatlarında qasırğa G1 sinfinə keçməli, günorta isə tamamilə dayanmalı idi. Bununla belə, Yerin maqnitosferi, əksinə, güclənib", - deyə mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, indi maqnit qasırğasının sonrakı davranışını proqnozlaşdırmaq çətindir. Bununla belə, Leus ehtimal edir ki, dalğalanma qısamüddətli olacaq və yaxın saatlarda azalmağa başlayacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            282 08.10.24 11:39