Qəzza zolağında münaqişənin gərginləşdiyi bir il ərzində 41,9 mindən çox insan ölüb.
Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölənlərin 60 faizdən çoxu qadın və uşaqlardır.
"Həlak olanların sayı 41 909 nəfərə çatıb, onların 60 faizdən çoxu uşaq və qadınlardır. 97 303 nəfər isə yaralanıb", - məlumatda bildirilib.