Türkiyənin Milli Təhlükəsizlik Şurası (MTŞ) İsrail iqtidarının BMT-nin Baş katibi Antoniu Quterreşi persona non qrata elan etmək qərarını pisləyib.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş MTŞ iclasının yekunlarına dair yazılı kommünikedə deyilir.
“İsrailin BMT-nin Baş katibini persona non qrata elan etmək və ölkəyə girişini yasaqlamaq qərarı MTŞ tərəfindən İsrailin qanunsuzluğunun son örnəyi kimi pislənib”, – kommünikedə qeyd olunub.
MTŞ həmçinin Fələstində atəşkəs rejiminin təxirəsalınmaz şəkildə qurulmasını təmin etmək üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
//Report