"Microsoft" korporasiyası "Windows 11" 24H2 yeniləməsini buraxıb.
Median.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, bu yeniləmə son iki ilin ən böyük yeniləməsi adlandırılır. Qeyd olunur ki, əvvəlcə tərtibatçılar cari ilin sonunda "Windows 12"ni təqdim etmək istəyirdilər, lakin nəticədə əməliyyat sisteminin mövcud versiyasının yenilənməsi ilə kifayətlənməyə qərar veriblər.
24H2 versiyası yeni enerji qənaəti rejimi, "Wi-Fi 7" dəstəyi, təkmilləşdirilmiş "Copilot+" kompüterləri süni intellekt funksiyaları əldə ediblər.