Oktyabrın 31-dək İran üzərindən uçmamaq tövsiyə edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |     22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |     21:40 Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb  |     21:36 Xırdalanda yaşayış binasında yanğın baş verib, 23 nəfər təxliyə olunub - VİDEO  |     21:30 Almaniya Ukraynaya humanitar yardım çərçivəsində 30 milyon avro ayıracaq  |     21:24 Rüfət Səfərov saxlanıldı  |     20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |    

Oktyabrın 31-dək İran üzərindən uçmamaq tövsiyə edildi

Avropa Komissiyası və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) regiondakı aviaşirkətlərin rəhbərliyinə İran hava məkanında uçuşlardan imtina etməyi təklif edib.
 
Median.Az xəbər verir ki, bu barədə təşçkilatlar bəyanat verib.
 
“Avropa Komissiyası və EASA operatorlara İranın hava məkanında istənilən hündürlükdə uçmamaq barədə tövsiyə vermək qərarına gəlib”, - təşkilatların bəyanatında deyilir.
 
Müraciətin mətninə əsasən, sərəncam oktyabrın 31-dək qüvvədədir.

Qərar oktyabrın 1-də İran ordusunun İsrail ərazilərinə həyata keçirdiyi hücumla bağlı qəbul edilib. Təl-Əviv cavab hava hücumu edəcəyinə söz verib, ona görə də yaxınlıqdakı hava məkanında uçmaq təhlükəli ola bilər.

Oktyabrın 1-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə 500-ə yaxın raket atdıqdan sonra Yaxın Şərqdə münaqişə daha da kəskinləşib. Tehran hücumu Livanın Hizbullah şiə hərəkatının rəhbəri Həsən Nəsrullah və SEPAH komandiri Abbas Nilforuşanın İsrail silahlarından öldürülməsinə cavab adlandırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 02.10.24 21:02