ABŞ Prezidenti Co Bayden Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunub.
Yeni paketə kaset bombaları, HIMARS reaktiv yaylım atəş sistemləri və artilleriya üçün döyüş sursatı, o cümlədən "Javelin"(tank əleyhinə raket kompleksləri) daxildir.
"Biz Ukraynanı bu yeni yardımla mümkün qədər tez təmin edəcəyik", - Dövlət Departamenti məlumatında qeyd olunub.