Ruslar da elektrik avtomobillərinin istehsalına başladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:04 İtaliyada dünyada ilk dəfə döyünən ürək transplantasiyası keçirilib  |     18:59 Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü  |     18:46 Hərbi xidmətə çağırılan şəxslərin NƏZƏRİNƏ  |     18:35 "Yeni pandemiya qapını döyür" - ABŞ-dan xəbərdarlıq  |     18:31 Hindistanlı şahmatçı tarixin ən gənc dünya çempionu oldu  |     18:26 İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı - Özünə biznes qurdu  |     18:05 Rusiya ordusu Kursk vilayətində daha bir məntəqədə nəzarəti bərpa etdi  |     17:50 Bakıda şirkətin soyuducularını satıb pulunu "yedilər"  |     17:37 Professor: "Səhiyyənin iki qurum tərəfindən idarə olunması işləri korlayır"  |     17:29 Azərbaycanda hava kəskin dəyişəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ  |     16:47 "Kartdan-karta" üsulu ilə işləyən daha 467 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     15:28 Azarkeşlər "Qarabağ"ı və "Sumqayıt"ı ziyana saldılar  |     14:37 Bu gün keçiriləcək görüşləri hansı kanallardan izləmək olar? (ANONS)  |     14:34 "Plato Capital and Co. İnvestisiya Şirkəti"nin lisenziyası ləğv olunub  |     14:28 Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarıldı - ŞOK QİYMƏT (FOTO)  |     14:24 Tələbə arvadını və körpəsini öldürən ömürlük məhkumla bağlı QƏRAR  |     14:18 Bu ərazilərdə ev və mənzil qiymətləri arta bilər - VİDEO  |     14:09 Son günlər metroda nə baş verir? - VİDEO  |     14:08 Bakıda 2 qadın faciəvi şəkildə həlak oldu (FOTO)  |     14:04 Azərbaycan neftinin qiyməti 76 dolları ötdü  |    

Ruslar da elektrik avtomobillərinin istehsalına başladı

İjevsk Avtomobil Zavodu “Lada e-Largus” elektromobilinin seriyalı istehsalına başlayıb.

Elektrikli avtomobilin qiyməti 3 milyon rubldan başlayacaq. Avtomobil iki konfiqurasiyada olacaq – sərnişin və yük. Hələlik istehsal olunan avtomobillərin yeganə zavod rəngi ağdır.

AvtoVAZ-ın prezidenti Maksim Sokolov istehsalın təqdimat mərasimində deyib ki, “Əgər biz avtomobil platformasında istifadə olunan komponentlərin sayından danışırıqsa, onda nisbi dəyərlərdə rəqəm 80-dən çox olacaq. Əgər bu komponentlərin qiymətindən danışırıqsa, onda bu rəqəm 50 faiz səviyyəsindən yuxarı olacaq. Çoxlu elektrikdoldurma məntəqələrinin quraşdırılması olduqca vacibdir”.

Xatırladaq ki, e-Largus-un eksperimental seriyası 2023-cü ilin dekabrında İjevskdəki avtomobil zavodunda yığılıb. Sonra altı elektrik avtomobili konveyerdən çıxıb. 30 modelin yığılması planlaşdırılıb. Elektrikli avtomobilin kütləvi istehsalına 2024-cü ilin ikinci rübündə başlanacağı gözlənilirdi. May ayında avtomobil zavodu benzin mühərriki ilə Largus seriyalı istehsalına başlayıb. Bunun üçün Tolyattidən İjevskə 1,2 mindən çox avadanlıq daşınıb və Lada Vesta-nın təxminən iki il əvvəl yığıldığı bir xətt hazırlanıb. (konkret.az)скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 25.09.24 18:32