Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin ştat sayını 1.5 milyon hərbçiyə qədər artırıb.
Müvafiq fərman hüquqi portalda dərc edilib.
Dəqiqləşdirilir ki, o, Rusiya Silahlı Qüvvələrinin ştat sayını 2 389 000 nəfərə qədər artırıb, onlardan 1.5 milyonu hərbçidir.
Putin, həmçinin, hökumətə bu addımın həyata keçirilməsi üçün lazımi vəsaitin ayrılmasını tapşırıb.
Fərman dekabrın 1-dən qüvvəyə minir.