Keşikçidağda 3 min il yaşı olan kurqan aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:37 Bakı yollarında COP29 üçün zolaq salınır - VİDEO  |     17:30 Dondurulmuş qidalar təhlükə yarada bilər  |     17:23 Yeddi ay ərzində Azərbaycanda 35 mindən çox ölüm qeydə alınıb  |     17:16 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsində üç məntəqənin nəticələri ləğv olunub  |     17:08 Azərbaycanda əhalinin sayı açıqlandı  |     17:00 Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş başlayıb  |     16:59 Azərbaycanda əhalinin sayı açıqlandı  |     15:27 Yer zərbə altında: Plazma buludu planetə yaxınlaşır  |     15:00 Müğənni Kərim Abbasovun toyda döyülməsi ilə bağlı YENİ DETALLAR  |     14:39 Meymunçiçəyinə qarşı peyvəndin istifadəsinə icazə verildi  |     14:31 "Formula 1": "Ferrari" pilotu Bakıda qəza törətdi  |     13:55 İranın Parisdəki baş diplomatı Fransa XİN-ə çağırıldı  |     13:47 Sentyabrın 14-də hava durumu necə olacaq?  |     13:29 Elektron qəlyana görə tələbə yoldaşını öldürmək istəyən şəxslə bağlı QƏRAR  |     13:21 Fransa hakimiyyəti Durovun qardaşını və "Telegram"ın vitse-prezidentini Parisə gəlməyə məcbur edir  |     13:13 Xankəndi və Xocalıya müntəzəm avtobus reysi açılır: Biletlər neçəyədir?  |     12:28 "Prius"la məktəblini vuran sürücü məhkəmə zalından azadlığa buraxıldı  |     12:27 Yeni tələbələrin NƏZƏRİNƏ - Universitetlərdə hansı qadağalar var?  |     12:22 Narinin qətli ilə bağlı səkkiz nəfər həbs olundu: Anası və qardaşı da var…  |     12:20 Əvvəl bıçaqladı, sonra maşınla üzərindən keçdi - Şamaxıdakı dəhşətli qətlin TƏFƏRRÜATI (YENİLƏNİB)  |    

Keşikçidağda 3 min il yaşı olan kurqan aşkarlanıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə arxeoloji qazıntıların birinci mərhələsi uğurla yekunlaşıb.

APA xəbər verir ki, Keşikçidağ ərazisində aparılan bu tədqiqatlarda əsas məqsəd ərazidə qeydiyyata alınmış çoxsaylı kurqanların elmi dövriyyəyə cəlb olunması, onların elmi potensialının müəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinin tədqiqi və təbliği ilə əlaqədardır.

Qoruq ərazisində iki istiqamətdə kurqanlarda qazıntılar aparılıb. Onlardan birincisi Ağstafa rayonunun Ağgöl kəndindən 600 m şimal-şərq istiqamətində qeydə alınmış kurqanlardır. Bu maraqlı cəhəti ondan ibarətdir ki, kurqanın üst örtüyü kiçik çay daşlarından kromlex şəklində əhatə olunub.

İkinci istiqamət isə Sarısoy kurqanlarıdır. Sarısoy istiqamətində aparılmış arxeoloji qazıntı işləri başa çatdırılıb və maraqlı tapıntılar əldə olunub.

Kurqanlar özündə Xocalı-Gədəbəy mədəniyyətinin izlərini yaşadır və bu mədəniyyəti öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur.

Ərazidə elmi tədqiqat və arxeoloji qazıntı işləri yenə də davam etdiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            183 12.08.24 21:14