Sırski: Ukrayna ordusu Rusiyanın 1000 kv.km-dək ərazisinə nəzarəti ələ keçirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |     22:29 Türkiyə gələn il üçün müdafiə sənayesinə rekord məbləğdə vəsait ayırır  |     22:22 Neftçalada motosiklet kanala düşüb, ölən var  |     22:17 Alimlər: Qəhvəyə şəkər əlavə edilməsi onun təsirini artırır  |    

Sırski: Ukrayna ordusu Rusiyanın 1000 kv.km-dək ərazisinə nəzarəti ələ keçirib

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatları davam edir. Hazırda Rusiya Federasiyasının 1000 kvadrat kilometrə yaxın ərazisi Ukrayna ordusunun nəzarəti altındadır.

APA-nın UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Aleksandr Sırski Baş Qərargahın iclasında bildirib.

“Biz bütün əsgərlərə və komandirlərə göstərdikləri mətanətə və qətiyyətli hərəkətlərinə görə minnətdarıq”, - deyə iclasda iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski vurğulayıb.

Eyni zamanda Zelenski əlavə edib ki, daxili işlər nazirinə və digər rəsmi şəxslərə və təhlükəsizlik qüvvələrinə əməliyyatın keçiriləcəyi ərazi üçün humanitar plan hazırlamaq tapşırılıb.

Prezident bundan başqa qeyd edib ki, Koordinasiya Qərargahına, Baş Kəşfiyyat İdarəsinə, Ukrayna Təhlükəsizlik Xidmətinə və Daxili İşlər Nazirliyinə Ukrayna xalqının Rusiya əsarətindən qayıtması üçün aydın və şəffaf strategiya hazırlamaq tapşırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            312 12.08.24 21:07