Ən böyük Türkiyə bayrağının dalğalandığı ərazi məhkəməlik oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 Rusiyada Araz Ağalarova qarşı icraat başladılıb  |     22:48 Çin şirkəti ChatGPT-nin süni intellekt sahəsində üstünlüyünü zəiflədir - WSJ  |     22:46 AZAL təyyarəsinin vurulmasına dair yeni DETALLAR  |     22:01 Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı  |     21:57 Azərbaycanda bir qrup şəxsə aylıq müavinətin verilməsi DAYANDIRILDI  |     21:34 Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək  |     21:26 Əli Əsədov Ersin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə edib  |     21:14 Ermənistan Rusiya dondurmasının idxalına qadağa qoydu  |     20:46 "Qaynana" və digər 4 restoran cərimələndi  |     20:43 Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək  |     20:14 Azərbaycanın turizm imkanları Asiya ölkələrində təbliğ ediləcək  |     20:10 Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək  |     20:03 Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var  |     19:58 Sabah hava küləkli olacaq  |     19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |    

Ən böyük Türkiyə bayrağının dalğalandığı ərazi məhkəməlik oldu

Samsunun Kavak rayonunda Türkiyənin ən böyük bayrağının dalğalandığı ərazi torpaqdan haqsız istifadə səbəbi ilə məhkəməyə verilib.

Median.Az Haber Global-a istinadən xəbər verir ki, Samsun-Ankara magistral yolu üzərindəki Hacılıda dalğalanan bayrağın ölçüsü iki min kvadratmetr, çəkisi 450 kiloqramdır.

Kompleksin məhkəməyə çıxarılan ərazisi isə 7 500 kvadratmetrdir.

Torpağın sahibi Refiye Şahin şikayət ərizəsində daşınmaz əmlakın üzərindəki bayraq dirəyi və məscidin cavabdeh yanacaqdoldurma məntəqəsi tərəfindən haqsız istifadə edildiyini bildirib. Sözügedən daşınmaz əmlakın yanacaqdoldurma məntəqəsinin girişi kimi istifadə edildiyi və bu vəziyyətdən kommersiya gəliri əldə olunduğu iddia edilib. Şahin ona məxsus olan torpağa müdaxilənin qarşısının alınmasını və bu müddət ərzində haqsız istifadəyə görə 1 000 TL cərimənin faizlə ödənilməsini istəyib.

Yanacaqdoldurma şirkəti isə Refiye Şahin ilə şirkət arasında 10 illik icarə müqaviləsi bağlandığı və illik 9 min TL olmaqla cəmi 90 min TL pulun nağd şəkildə ödənildiyi bildirib. Lakin Refiye Şahin və oğlu Mehmet Şahin kirayə müqaviləsinin saxta və etibarsız olduğunu deyiblər. Ekspertiza sənədin saxlatılığını sübut edib və məhkəmə şikayətçinin iddiasını təmin edərək yanacaqdoldurma şirkətini cərimələyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            702 12.08.24 11:44