Liviyanın paytaxtı Tripolidə müharibə edən tərəflər arasında müvəqqəti atəşkəs haqqında razılıq əldə olunub.
Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhərin xilasetmə və fövqəladə hallar xidmətinin rəsmi nümayəndəsi Usama Əli bildirib.
“Bölgədəki tərəflər – hökumət rəsmiləri ilə Prezident Şurası nümayəndələri hələlik Tripolidəki silahlı qruplar arasında atəşkəs elan edilməsi barədə razılığa gəliblər”, - U.Əli deyib.