Türkiyədə "TikTok" bloklanacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |     14:29 Yağsız məhsullar: İstehlakçılar üçün kalorili tələ  |     14:12 Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib  |     14:07 Yeni "Mumiya" filminin nümayiş tarixi məlum oldu  |     14:02 Günəşdə iki güclü partlayış baş verib  |     13:57 Gəncədə təmirli məktəbin istiliyi niyə yoxdur?  |     13:56 "Turan Tovuz" klubunun insult keçirən baş menecerinin SON VƏZİYYƏTİ  |     13:48 Azərbaycana QIŞ GƏLDİ  |     13:44 Birdəfəyə 50 min manatı getdi: Gizli kodlarla kim maraqlanır?  |     13:24 2 yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı  |     13:12 Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi  |     23:04 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb  |     22:48 Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib  |     22:40 Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI  |     22:35 Azərbaycan Ağırlıqqaldırma Federasiyası idmançının dopinqə görə diskvalifikasiya olunmasına münasibət bildirib  |     22:29 Türkiyə gələn il üçün müdafiə sənayesinə rekord məbləğdə vəsait ayırır  |    

Türkiyədə "TikTok" bloklanacaq?

"Türkiyə hakimiyyəti "Instagram"ı blokladıqdan sonra ölkədə məşhur olan "TikTok" sosial şəbəkə platformasına girişi əngəlləmək fikrində deyil".

Median.Az
"TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu məlumat verib.

"TikTok"un bağlanması məsələsi gündəmimizdə yoxdur, biz heç nəyi qadağan etməyi qarşımıza məqsəd qoymuruq. Xarici sosial şəbəkələrin qanunvericiliyimizin tələblərinə əməl etməsini istəyirik", - nazir bildirib.

Uraloğlunun sözlərinə görə, Türkiyə hakimiyyəti sosial şəbəkələrin, o cümlədən "Instagram"ın nümayəndələri ilə əlaqə saxlayır.

"Türkiyədə bütün sosial şəbəkələrin öz nümayəndələri var, hər biri ilə əlaqə saxlayırıq. "Instagram" nümayəndələri ilə bir neçə görüş keçirdik, müəyyən mərhələyə gəldik, mövqeyimizi bildirdik. Yaxın gələcəkdə "Instagram"a giriş qadağasının aradan qaldırılacağına ümid edirik, lakin onlar da başa düşməlidirlər ki, Türkiyə hüquqi dövlətdir və onun qanunvericiliyinə əməl etməlidirlər", - nazir qeyd edib.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə "Instagram"a giriş bloklanıb. Türkiyə hökuməti bu qərarın sosial şəbəkənin yerli qanunvericiliyin tələblərini pozması səbəbindən qəbul edildiyini bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            366 10.08.24 14:18