Peskov Moskvanın ABŞ səfirliyinin tam fəaliyyətinin bərpası ilə bağlı açıqlama verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

Peskov Moskvanın ABŞ səfirliyinin tam fəaliyyətinin bərpası ilə bağlı açıqlama verdi

"Moskvada ABŞ səfirliyinin işinin tam bərpası hələlik olmayacaq, çünki iki ölkə arasında münasibətlər hazırda yoxdur".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"ABŞ-nin Moskvadakı səfirliyi heç yerə qayıtmayıb və hələlik qayıtmayacaq, çünki de-fakto hazırda ikitərəfli münasibətlərimiz yoxdur", - deyə Kreml nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, 2021-ci ildə Vaşinqtonun elan etdiyi anti-Rusiya sanksiyalarına və Rusiya diplomatlarının növbəti qovulmasına cavab olaraq Moskva ABŞ-nin diplomatik nümayəndəliyinə Rusiya və üçüncü ölkə vətəndaşlarını işə götürməsinə məhdudiyyətlər qoyub.

Rusiya diplomatları dəfələrlə vurğulayıblar ki, Moskva və Vaşinqton arasında əlaqələr mütləq minimuma endirilib. İki dövlətin diplomatik nümayəndəliklərinin normal işinin bərpası məsələləri tərəflərin dialoqu qoruduğu az sayda istiqamətlərdən biri idi. Bununla belə, Rusiya XİN-in qeyd etdiyi kimi, Rusiya ABŞ-nin bu istiqamətdə irəliləyişə nail olmaq istəyini görmür. Bundan əlavə, Vaşinqton daim Rusiya diplomatlarına vizaların verilməsini süni şəkildə gecikdirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            318 26.07.24 16:14