Yeni Kaledoniyada etirazlara görə həlak olanların sayı artdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 İstifadəçilər “Windows 11”ə daha tez keçdilər – SƏBƏB  |     21:45 Daşınmaz əmlaka dair sənədlərin həqiqiliyini yoxlamaq mümkündür - VİDEO  |     21:41 Turizm üçün ən yaxşı ölkə  |     21:35 Ləhic bağlarından OĞURLUQ  |     21:25 Bu ölkədə meymunlara görə referendum keçirilir  |     21:18 Firon İkinci Ramzesin qılıncı tapıldı  |     21:10 Kimlərə isti havada qəhvə içmək olmaz?  |     21:05 Sentyabrda ÜÇ BÜRC zənginləşmək şansı qazanacaq: Pul küləyi onların istiqamətində əsəcək  |     20:59 Pis qoxu və üfunət... - Abşeronda kanalizasiya problemi (VİDEO)  |     20:54 CNN: Rusiya dünyanın kommunikasiya infrastrukturuna qarşı təxribat hazırlayır  |     20:49 NASA zondu Günəş sisteminin kənarında gizli və gözlənilməz obyektlər tapdı  |     20:38 Sabah 34 dərəcə isti olacaq  |     20:30 Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş  |     20:24 Bakıda bəzi yollarda hərəkət istiqaməti dəyişdiriləcək  |     20:18 Bu idarəyə yeni rəis təyin olundu  |     20:12 Ermənistan Ani körpüsünün bərpası ilə bağlı Türkiyəyə öz yanaşmalarını təqdim edib  |     20:07 Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib  |     19:59 Tacikistanın dağlıq rayonunda 5 maqnitudalı zəlzələ olub  |     19:53 Masallıda ölümlə nəticələnən avtoqəza olub  |     19:48 Moskva vilayətində parkinqdə yanğın baş verib, iki nəfər ölüb  |    

Yeni Kaledoniyada etirazlara görə həlak olanların sayı artdı

Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada etirazlar nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə AFP agentliyi prokurorluğa istinadən məlumat verib.

"Çərşənbə günü Yeni Kaledoniyanın cənubunda hüquq-mühafizə orqanlarının nümayəndələri bir nəfəri öldürüblər. Bununla da təxminən iki ay əvvəl arxipelaqda başlayan etirazlar zamanı ölənlərin sayı 10 nəfərə çatıb", - deyə agentlikdən bildirilir.

Məlumata görə, Kaledoniya sakininə Milli Jandarmeriya Müdaxilə Qrupunun (GIGN) əməkdaşları tərəfindən atəş açılıb.

Xatırladaq ki, bu ilin may ayından Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının etirazları alovlanıb. Fövqəladə vəziyyət 13 maydan 27 maya qədər davam edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            384 10.07.24 16:03