Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda parlament seçkiləri öncəsi daha bir müxalifət bloku yaranıb

09.07.2024 18:33 1 956
Gürcüstanda parlament seçkiləri öncəsi daha bir müxalifət bloku yaranıb
Gürcüstanda parlament seçkiləri öncəsi daha bir müxalifət birliyi yaranıb.

"Axali”, "Droa” və "Qirçi – daha çox azadlıq” partiyaları oktyabrda keçiriləcək seçkilərdə birgə iştirak edəcəklərini bəyan ediblər.

Eyni zamanda, "Lelo" partiyası ilə də danışıqlar aparıldığı, lakin razılıq əldə olunmadığı qeyd olunub.

"Axali" partiyasını bir neçə ay əvvəl müxalifətin Vahid Milli Hərəkatının keçmiş lideri Nika Melia və müxalif "Mtavari Arkhi” telekanalının təsisçisi Nika Qvaramiya təsis ediblər.

Qeyd edək ki, "Droa" partiyası 2021-ci ildə Rusiyanın ən qızğın əleyhdarlarından biri olan, atasının müəllif hüquqlarına görə Rusiya Federasiyasından qonorar alan Yelena Xoştariya tərəfindən təsis edilib.

Zurab Caparidzenin "Qirçi – daha çox azadlıq” partiyası 2020-ci ildə yaradılıb və həmin il parlament seçkilərində 2,89 faiz səs toplayıb.

///report

Son xəbərlər