Çinin Maliyyə Nazirliyi və Su Ehtiyatları Nazirliyi daşqınların nəticələrinin aradan qaldırılması üçün mərkəzləşdirilmiş qaydada 848 milyon yuan (təxminən 120 milyon ABŞ dolları) ayırıb.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bu vəsait təbii fəlakətdən zərər görmüş Hunan, Tsyansi, Hubey, Quanun, Futsyan və s. ərazilərə yardım göstərmək üçün ayrılıb.
Vəsaitlər, xüsusilə, sel nəticəsində zədələnmiş bəndlərin və digər mühəndis tikililərinin təmiri, risklərin azaldılması və əhali üçün təhlükənin aradan qaldırılması üçün nəzərdə tutulub.
Hazırda Çinin mərkəzi, şərqi, cənub, cənub-qərb və şimal-şərqi ərazilərinin əksəriyyətində bir aydan artıq davam edən yağıntılar səbəbindən daşqınlar, sürüşmələr və sellərlə bağlı yüksək təhlükə elan edilib.