Slovakiyanın baş naziri sui-qəsd cəhdindən sonra işə qayıdıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?  |     21:37 Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib  |     21:30 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     21:23 Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)  |     21:16 "Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?  |     21:11 Murad Dadaşov həyat yoldaşı ilə - FOTO  |     20:59 Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?  |     20:54 Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO  |     20:46 Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü  |     20:40 Uşaqlar liftdə köməksiz qaldı - VİDEO  |     20:33 Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video  |     20:29 Dünyanın ən varlı ikinci adamı oldu  |     20:21 “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - (FOTO)  |     20:15 Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb  |     20:06 Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər  |     20:00 İranda terror aktının qarşısı alınıb  |     19:51 BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib  |     19:44 Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY  |     19:39 Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər  |     19:33 Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb  |    

Slovakiyanın baş naziri sui-qəsd cəhdindən sonra işə qayıdıb

Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra öz vəzifəsinə qayıdıb.

Məlumata görə, baş nazir Trnava şəhəri yaxınlığındakı Slovenska-Nova-Ves kəndində yerləşən "Aqro Voderadi" kənd təsərrüfatı birliyinə baş çəkib, burada məhsul yığımının gedişi ilə tanış olub.

"İqlim dəyişikliyi reallıq kimi qəbul edilməlidir. Bunu respublikada məhsul yığımına erkən başlanması sübut edir", - deyə Fitso bildirib.

Bundan başqa, iyulun 5-də Slovakiyanın baş naziri müqəddəs Kiril və Mefodiya Bratislavadakı Devin qəsrinə gəlişinin 1161-ci ildönümü münasibətilə keçirilən şənliklərdə iştirak edib və burada çıxış edib.

Qeyd edək ki, mayın 15-də Slovakiyada hökumətin səyyar iclasının keçirildiyi binada atışma zamanı Baş nazir Robert Fitso yaralanmışdı.

Mənbə: Gazeta.ruскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            405 08.07.24 19:56